Pensiya, müavinət və təqaüdlər artırıldı


Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq.


AFN.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.

Həmçinin sosial müavinətlərin və təqaüdlərin məbləğləri də artırılacaq.

Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.

Qeyd edək ki, hazırda minimum pensiya məbləği 280 manatdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu