ABŞ rəsmiləri müəmmalı dron insidentlərində anormal heç nə olmadığını açıqlayıblar
ABŞ-dakı federal səlahiyyətlilər bir müddətdir müzakirə edilən müəmmalı dron insidentlərində anormal vəziyyət aşkar edə bilmədikləri və bu fəaliyyətlərin ictimai təhlükəsizliyə təhlükə yaratmadığı qənaətinə gəliblər.
ABŞ Daxili Təhlükəsizlik Departamenti, Müdafiə Nazirliyi (Pentaqon), Federal Təhqiqatlar Bürosu (FTB) və Federal Aviasiya Administrasiyası (FAA) birgə bəyanat yayıb.
Açıqlamada xatırladılıb ki, son bir neçə həftə ərzində FTB-yə müəmmalı dron görüntüləri ilə bağlı 5 mindən çox şikayət daxil olub.
Açıqlamada texniki araşdırmalar nəticəsində bu vasitələrin əksəriyyətinin qanuni kommersiya, hobbi və hüquq-mühafizə oranlarına aid pilotsuz uçan aparatları, insanlı sabit qanadlı təyyarələr, helikopterlər və səhvən dron kimi bildirilən ulduzlar olduğu qeyd edilib.
Bəyanatda həmçinin qeyd olunub ki, bunlar mülki hava məkanında milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik riski yaratmır.
Bildirilib ki, ictimaiyyətin narahatlığı qəbul edilib, dövlət və yerli hakimiyyət orqanlarının qabaqcıl pilotsuz uçuş aparatının (PUA) aşkarlama texnologiyası ilə hüquq-mühafizə orqanlarına dəstəyininin davam etdirəcəyi bildirilib.
Açıqlamada Konqresdən PUA təhdidlərinə qarşı hüquq-mühafizə orqanlarının səlahiyyətlərini genişləndirəcək qanunun qəbul edilməsi çağırışı edilib və ABŞ-da bir milyondan çox FAA-da qeydiyyatdan keçmiş pilotsuz uçan aparatların olduğu və bu sayın artacağının gözlənildiyi qeyd edilib.