Ukrayna mətbuatı: General-mayor Kirillov Ukrayna Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində öldürülüb


Ukrayna mətbuatı Rusiya Silahlı Qüvvələrinin Radioloji, Kimyəvi və Bioloji Mühafizə Korpusunun rəisi general-mayor İqor Kirillovun qətlinin arxasında Ukrayna Təhlükəsizlik Xidmətinin dayandığını yazıb.



“RBK-Ukraina” xəbər saytının öz mənbələrinə əsaslanaraq verdiyi xəbərdə Kirillovun Rusiyanın paytaxtı Moskvada yaşayış binasında baş verən partlayışda öldüyü və bunun Ukrayna Təhlükəsizlik Xidmətinin əməliyyatı olduğu bildirilib.

Xəbərdə mənbə "Kirillov hərbi cinayətkar və Ukrayna əsgərlərinə qarşı qadağan olunmuş kimyəvi silahdan istifadə əmri verdiyi üçün tamamilə qanuni hədəf idi. Ukraynalıları öldürən hər kəsi belə bir son gözləyir. Müharibə cinayətlərinə görə cəza qaçılmazdır" deyib.

Qeyd edək ki, Ukrayna Kirillovun ölümündən bir gün əvvəl ona qarşı istintaq başlatdığını açıqlayıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin dünən verdiyi açıqlamada Kirillovun törətdiyi hərbi cinayətlərin sənədləşdirildiyi bildirilib.

Açıqlamada Kirillovun şərq və cənub cəbhə xəttində Ukrayna Müdafiə Qüvvələrinə qarşı qadağan olunmuş kimyəvi silahların intensiv şəkildə istifadə edilməsinə görə məsuliyyət daşıdığı ifadə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu