Qərb Ukraynaya 50 milyard dollar kredit verəcək
Almaniya, Fransa, İtaliya, Polşa, İspaniya və Böyük Britaniyanın xarici işlər nazirləri “Yeddilik” qrupunun qərarına uyğun olaraq Ukraynaya 50 milyard dollar məbləğində kredit ayrıldığını təsdiqləyiblər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Berlində Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın iştirakı ilə keçirilən görüşün yekunları üzrə qəbul edilmiş birgə bəyanatda deyilir.
“Biz Ukraynaya hərbi, iqtisadi və maliyyə yardımını, o cümlədən əlavə Avropa fondlarının səfərbər edilməsini davam etdirəcəyik. Biz Yeddilik Qrupunun qəbul etdiyi 50 milyard dollarlıq kreditin sürətli və kollektiv şəkildə həyata keçirilməsinin tərəfdarıyıq, bu kreditdə avropalıların mühüm rolu var və bu, Ukraynaya öz ehtiyaclarını, o cümlədən hərbi ehtiyacları ödəməyə imkan verəcək”, - deyə bəyanatda deyilir.