Zaxarova rusları bəzi ölkələrə səyahətdən çəkinməyə çağırıb


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova rusları ABŞ, Kanada və bəzi Aİ ölkələrinə səfərlərdən çəkinməyə çağırıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, o, bu barədə brifinqdə bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, bu ölkələrdə həmvətənlərinin gəlirli kommersiya və ya turist təklifləri bəhanəsi ilə xaricə şirnikləndirilməsi, ardınca isə saxlanması və deportasiyası ilə bağlı saxtakarlıq sxemi mövcuddur.

Bundan əlavə, Zaxarova xaricdə olduqları müddətdə rusiyalıları təxribatların qurbanı ola biləcəkləri və ya həbs oluna biləcəkləri vəziyyətlərdən qaçmağa çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu