İtaliyada neft emalı zavodunda baş verən partlayışda ölənlərin sayı 5-ə yüksəlib
İtaliyanın Florensiya yaxınlığındakı ENI enerji şirkətinə məxsus neft emalı zavodunda dünən baş verən partlayışda itkin düşən daha 3 nəfərin cansız cəsədinin tapılması ilə ölənlərin sayının 5-ə yüksəldiyi bildirilib.
İtaliyanın ANSA agentliyinin xəbərinə görə, Florensiya yaxınlığındakı Kalenzano qəsəbəsindəki ENI neft emalı zavodunda dünən səhər saatlarında baş verən şiddətli partlayışda həyatını itirənlərin sayı artıb.
Partlayışdan sonra davam edən axtarış-xilasetmə işləri zamanı itkin düşən 3 nəfərin cəsədi tapılıb. Belə ki, dünən açıqlanan 2 ölümlə hadisədə həyatını itirənlərin sayı 5-ə yüksəlib. Partlayışda yaralananların sayının 26 olduğu açıqlanıb.
Kalenzano şəhərinin tabe olduğu Toskana Regional Hökumətinin sədri Eugenio Giani açıqlamasında partlayış nəticəsində yaralanan 14 nəfərin xəstəxanada müalicə olunduğunu, onlardan 2-nin vəziyyətinin ağır olduğunu bildirib.
Prato Respublika Prokurorluğu da hadisə ilə bağlı başlatdığı istintaq çərçivəsində partlayışın necə baş verdiyini müəyyən etmək üçün neft emalı zavodunda araşdırmalar aparıb.
Mətbuatda yer alan hadisə şahidlərinin ifadələrinə görə, partlayış yanacaq çənlərinin yaxınlığındakı sızmanın qığılcımla təmas etməsi nəticəsində baş vermiş ola bilər.
Digər tərəfdən, mətbuatda ENİ-nin digər neft emalı zavodlarında çalışan işçilərinin dünənki insidentlə bağlı bu gün üçün tətil etmək qərarına gəldiyi bildirilib.