İtaliyada neft şirkətinin obyektində baş verən partlayışda iki nəfər ölüb

İtaliyanın Eni neft-qaz şirkətinin Kalenzano şəhərindəki obyektində baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb.
Bu barədə İtaliyanın “La Repubblica” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, hazırda dörd nəfər itkin düşənlər siyahısındadır. Partlayışdan sonra hadisə yerində yanğın başlayıb. Səlahiyyətlilər vətəndaşlara pəncərələri bağlı saxlamağı və hadisə yerinə yaxınlaşmamağı tövsiyə edib. Partlayışın səbəbləri hələlik məlum deyil.
Bölgədəki bütün xəstəxanalara və təcili yardım şöbələrinə ölən və yaralananların sayının arta biləcəyi barədə xəbərdarlıq edilib.