Almaniyada 5 nəfərə cinsi istismarda təqsirləndirilən katolik keşişinin hökmü təsdiqlənib


Almaniyada Trier yeparxiyasının katolik keşişinin 5 nəfərə qarşı cinsi təcavüzdə günahkar bilindiyi qərarın məhkəmə tərəfindən təsdiqləndiyi bildirilib.



Trier Yeparxiyasından verilən açıqlamada 5 nəfərə cinsi təcavüzdə günahkar bilinən və vəzifəsindən uzaqlaşdırılan keşişin Köln Məhkəməsinin qərarından apellyasiya şikayəti verdiyi bildirilib.

Qeyd olunub ki, Paderborn Məhkəməsində yenidən baxılan işdə Köln Məhkəməsinin keşişlə bağlı qərarı təsdiqlənib.

Yepiskop başqa bir müraciətin mümkün olmadığı barədə məlumat paylaşıb.

Almaniyanın Trier şəhərində katolik keşişlər tərəfindən törədilən cinsi istismar cinayətlərinin onilliklər ərzində yeparxiya rəsmiləri tərəfindən ört-basdır edildiyi aşkarlanıb.

Qeyd edək ki, Trier Yeparxiyası daxilində cinsi zorakılıq hallarını araşdıran 7 nəfərlik müstəqil komissiyanın hesabatına görə, 1946-cı ildən 2021-ci ilin sonuna qədər Trier Yeparxiyasının məsuliyyəti altında olan bölgədə 195 cinayətkar və 513 cinsi istismar qurbanı olduğu müəyyən edilmişdir.

2021-ci ilin iyun ayından işləri araşdıran komissiyanın işinin 6 ilə başa çatdırılması gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu