Sudanda Çevik Dəstək Qüvvələrinin hücumu nəticəsində 9 nəfər ölüb

Sudanın paytaxtı Xartumda 20 aya yaxındır ordu ilə qarşıdurmada olan Çevik Dəstək Qüvvələrinin (HDK) həyata keçirdiyi hücumda 9 nəfər həyatını itirib.
Xartum əyalətinin Səhiyyə Nazirliyindən verilən açıqlamada HDK-nın paytaxtın qərbində yerləşən Umdurman bölgəsindəki yaşayış məntəqələrini artilleriya atəşi ilə hədəfə aldığı paylaşılıb.
Açıqlamada hücumda 9 nəfərin həyatını itirdiyi, 35 nəfərin yaralandığı bildirilib.