İsrail ordusu Suriyada müvəqqəti təhlükəsizlik üçün mövcuddur - İsrail XİN
İsrail Müdafiə Qüvvələrinin (IDF) bölmələrinin Suriyada olması prezident Bəşər Əsəd hökumətinin devrilməsindən sonra qeyri-müəyyənlik dövründə yəhudi dövlətinin şimalının təhlükəsizliyini təmin etmək üçün “məhdud və müvəqqəti” tədbirdir.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri Gideon Saar keçirdiyi mətbuat konfransında deyib.
“Bizim yeganə maraq İsrailin və onun vətəndaşlarının təhlükəsizliyidir”, - deyə o vurğulayıb.
Bundan əlavə, Saar təsdiqləyib ki, İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə İsrail hərbçiləri Suriyada kimyəvi silah və raketlərin istehsalı və saxlanması obyektlərinə hücum edib ki, onlar düşmən ekstremist qrupların əlinə keçməsinlər. Xarici işlər naziri bu zərbələrin hansı müddət ərzində həyata keçirildiyini dəqiqləşdirməyib.