Kolumbiyada helikopterə hücum: 4 əsgər ölüb
Kolumbiyada helikopterə silahlı hücum nəticəsində 4 əsgər ölüb.
Milli mətbuatda yer alan xəbərə görə, Antioquia inzibati bölgəsindəki Kaseres qəsəbəsində çöllük əraziyə enən helikopterə naməlum şəxslər atəş açıb.
Hücumda 4 əsgər həyatını itirib. Bölgəyə çoxlu sayda gücləndirmə dəstələri göndərilib.
Ordudan verilən açıqlamada helikopterdən ipnən enən əsgərlərə atəş açıldığı və əsgərlərin bu əsnada həyatını itirdiyi bildirilib.
Hücuma görə məsuliyyəti keçmiş hərbiləşdirilmiş qüvvələrdən ibarət narkotik alveri ilə məşğul olan cinayətkar təşkilat olan Clan del Golfo üzərinə götürüb.
Yerli mətbuatın məlumatına görə, narkotik təşkilatı Clan del Golfo-nun 9 minə qədər silahlı üzvü var.