Kolumbiyada uzaqdan idarə olunan partlayıcının işə düşməsi nəticəsində 6 əsgər ölüb
Kolumbiyada uzaqdan idarə olunan partlayıcının işə düşməsi nəticəsində 6 əsgər ölüb, 4 əsgər isə yaralanıb.
Antioquia inzibati bölgəsindəki Koposa kəndinin ərazisində əməliyyat keçirən əsgərlərə uzaqdan idarə olunan partlayıcı qurğu ilə hücum təşkil edilib.
Partlayış nəticəsində 6 əsgər ölüb, 4 əsgər isə yaralanıb.
Yaralı əsgərlər helikopterlə xəstəxanaya aparılıb. Bölgədə genişmiqyaslı əməliyyatlar davam edir.