Zaxarova: ABŞ internet nəhəngləri internetdə tarixi məhv edirlər
Amerikanın qlobal internet şirkətləri ictimai şüuru manipulyasiya etmək üçün alətdir və bilavasitə tarixi məhv edir, sosial şəbəkələrdə həqiqəti təmizləyirlər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Son onillikdə biz Vaşinqtonun diqqətli nəzərləri altında fəaliyyət göstərən Amerika rəqəmsal platformalarının və fakt yoxlama xidmətlərinin, xüsusən də Google və Meta korporasiyalarının bütün növ konsepsiyalarının kobud şəkildə dəyişdirilməsini müşahidə etdik. Onlar ictimai şüurun manipulyasiya alətinə çevriliblər" - deyə diplomat bildirib.
“Meta bölməsində Şərqi Avropanın rəqəmsal məkanı, o cümlədən rusdilli seqment Kiyevdə yerləşən “VoxCheck” və “StopFake” şirkətlərinə verilib. Bu strukturların rəhbərliyi və əməkdaşları altı-yeddi il əvvəl radikal Svoboda partiyasının ifrat sağçı fəalları və ideoloqları ilə sıx əlaqədə idilər. Onların bir çoxu bu gün açıq şəkildə nasist fikirlərini gizlətmirlər. Təəccüblü deyil ki, bizim müqəddəs bayramımız - Qələbə Günü Facebook platformasında üzərində dalğalanan Qələbə Pankartı ilə fotoşəkillərin bloklanması, silinməsi ilə qeyd olunur" - deyən Zaxarovanın sözlərinə görə, bu, müqayisə oluna biləndir və əslində Bolqarıstan, Polşa və Baltikyanı ölkələrin hakimiyyət orqanlarının başlatdığı abidələrə qarşı real fiziki müharibəni tamamlayır.