Danimarka Ukraynaya altı F-16 verib
Danimarka Ukraynaya 6 F-16 qırıcısı təhvil verib. Bundan sonra daha 13 təyyarənin tədarükü planlaşdırılır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen deyib.
“F-16 ilə bağlı planlarımız dəyişməyib. Ümumilikdə 6 təyyarə artıq təhvil verilib. Bu, birinci partiyadır. Sonra ikinci partiya göndəriləcək. Cəmi 19 təyyarənin verilməsini planlaşdırmışıq" - deyə o, Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
Danimarkanın baş naziri Kiyevə, birbaşa Ukraynanın müdafiə sənayesinə 130 milyon avrodan çox yeni hərbi yardım paketinin ayrıldığını da açıqlayıb.