Rusiya ilə Yaponiya arasında sülh danışıqları Ukrayna münaqişəsindən sonra başlaya bilə
Rusiya Federasiyası ilə Yaponiya arasında sülh müqaviləsi üzrə danışıqlar Ukrayna münaqişəsindən sonra başlaya bilər.
AFN.az xəbər verir ki, bunu Yaponiyanın Rusiyadakı səfiri Akira Muto “Shot Telegram” kanalına şərhində deyib.
Hazırda sülh müqaviləsi üzrə danışıqların başlanmasına nəyin mane olması ilə bağlı sualı cavablandıran səfir qeyd edib ki, bu, Ukraynadakı münaqişədir. “Hər şey keçən kimi biz sülh müqaviləsi üzrə danışıqlara başlayacağımıza ümid edirik”, - deyə o, hər iki tərəfin danışıqlara təşəbbüs göstərməli olduğunu qeyd edib.
Moskva və Tokio İkinci Dünya Müharibəsindən sonra sülh sazişinin hazırlanması üçün danışıqlar aparır. Bunun üçün əsas maneə Kuril adalarının cənub hissəsinə hüquqlarla bağlı fikir ayrılıqları olaraq qalır. Müharibə başa çatdıqdan sonra bütün arxipelaq Sovet İttifaqının tərkibinə daxil edilsə də, İturup, Kunaşir, Şikotan və bir qrup kiçik məskunlaşmamış adalar üzərində mülkiyyət mübahisəsi davam edir.