Hindistanda atəşfəşanlıq zamanı baş verən yanğında 150-dən çox insan xəsarət alıb
Hindistanın Kerala əyalətində məbəddə keçirilən festivalda atəşfəşanlıq zamanı baş verən yanğında 150-dən çox insan xəsarət alıb.
“India Today” qəzetinin polis rəsmilərinə istinadən verdiyi xəbərə görə, Kerala ştatının Kasaraqod bölgəsindəki məbəddə keçirilən festivalda atəşfəşanlıq olub.
Polis rəsmiləri nümayiş zamanı baş verən yanğında 8-i ağır olmaqla 150-dən çox adamın yaralandığını bildirib.
Səlahiyyətlilər yaralıların bölgədəki xəstəxanalara yerləşdirildiyini qeyd edərək, hadisə ilə bağlı istintaq başladıldığını açıqlayıb.
Rəsmilər məbəd rəsmilərinin təhlükəsizlik protokoluna əməl etmədiklərini və atəşfəşanlıq nümayişi üçün lazımi icazələri almadıqlarını bildiriblər.
Mənbə: AA