İranda "Çərşənbə Suri" şənliyində 14 nəfər ölüb, 2100 nəfər xəsarət alıb


İranda Hicri Şəmsi təqvimi ilə ilin son çərşənbə gecəsi keçirilən "Çərşənbə Suri" şənlikləri zamanı baş verən qəzalarda aralarında atəşfəşanlıq, əldəqayırma partlayıcı və maye qazı istifadəçiləri də daxil olmaqla 14 nəfər həyatını itirib, 2 min 100 nəfər yaralanıb.



Paytaxt Tehranda axşam saatlarında başlayan bayram şənliklərində atəşfəşanlıq, şorşanlar və bəzən də əldəqayırma partlayıcılardan istifadə edilib.

Şəhərin hər yerindən eşidilən partlayış səsləri gecə yarısına kimi fasiləsiz davam edib.

İranın rəsmi agentliyi İRNA-nın xəbərinə görə, fevralın 20-də başlayan hazırlıq prosesindən martın 12-də ölkə daxilində başlayan "Çərşənbə Suri" qeyd etmələrinə qədər 14 nəfər həyatını itirib, ümumilikdə 2100 nəfər yaralanıb.

Tehran Bələdiyyəsi Xilasetmə Qrupunun sözçüsü Cəlal Mələki açıqlamasında dünən saat 07.00-dan 22.30-a qədər ümumilikdə 6 min 416 təcili çağırış aldığını və yanğınsöndürmə briqadalarının 230 hadisəyə müdaxilə etdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu