Amerikalılar seçkidən sonra mümkün zorakılıqlardan narahatdırlar
ABŞ-da aparılan sorğu göstərib ki, vətəndaşlar noyabrın 5-də keçiriləcək prezident seçkilərindən sonra baş verə biləcək zorakılıqlardan və nəticələrin dəyişdirilməsi cəhdlərindən narahatdırlar.
"Associated Press" (AP)-NORC İctimai Əlaqələr Mərkəzinin birgə keçirdiyi sorğuda seçicilərdən noyabrın 5-dən sonra baş verə biləcək zorakılıqlarla bağlı narahatlıqları soruşulub.
Sorğunun nəticələrinə görə, hər 10 respondentdən 4-ü seçkidən sonra baş verə biləcək zorakılıqlardan və seçkilərin nəticələrini ləğv etmək cəhdlərindən son dərəcə narahatdır.
İştirakçıların təxminən 3-də 1-i seçkidən sonra zorakılığın olacağını düşünmür.
Hər 3 seçicidən 1-i yerli və ya əyalət seçki rəsmilərinin nəticələrin yekunlaşmasının qarşısını almaq səylərindən çox narahat olduqlarını deyir.
Respondentlərin yalnız 3-də 1-i prezidentliyə Respublikaçılar Partiyasından namizəd Donald Trampın seçkidə məğlub olacağı təqdirdə nəticələri qəbul edəcəklərini deyir.
Demokratlar və Respublikaçıların bu məsələyə baxışları fərqlidir. Respublikaçıların təxminən üçdə 2-si Trampın nəticələri qəbul edəcəyini düşünür, 10 demokratdan isə yalnız 1-i razılaşır.
Digər tərəfdən, iştirakçıların təqribən yarısı namizədin Seçicilər Kollegiyasında qalib gəlməsi, lakin xalqın səsini itirərək prezident olması ehtimalının ABŞ seçkilərində böyük problem olduğunu bildirir.