İranda keçirilən sorğuda Məsud Pezeşkiyan irəlidədir
İranda keçirilən rəy sorğusunda prezident seçkilərinin ikinci turunda islahatçı namizəd Məsud Pezeşkiyan 49,5 faiz, mühafizəkar namizəd Səid Cəlili isə 43,9 faiz səslə irəlidə görünüb.
İran Tələbələrin Sorğu Agentliyi (ISPA) iyulun 3-də ölkə üzrə prezident seçkilərinin ikinci turu ilə bağlı keçirdiyi sorğunun nəticələrini paylaşıb.
Ölkənin 31 əyalətində yaşı 18-dən yuxarı olan 3606 nəfərlə aparılan sorğuda mütləq seçkidə iştirak edəcəklərini bildirən və ya seçkidə iştirak etməyi düşünən seçicilərə “Əgər prezident seçkiləri indi keçirilsəydi, Pezeşkiyan və Celili arasında kimə səs verərdiniz?" sualı verilib.
İştirakçıların 49,5 faizi islahatçı namizəd Pezeşkiyana, 43,9 faizi isə mühafizəkar namizəd, Ali Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi Celiliyə səs verəcəklərini bildirib.
Sorğuda iştirak edənlərin 4,8 faizi səs verəcəyini, lakin hələ qərar verə bilmədiklərini bildirsə də, 1,8 faizi “boş səs” verəcəyini bildirib.