Tramp ABŞ prezident seçkiləri sorğularında Baydeni az fərqlə qabaqlayır
ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün geri sayım davam edərkən, hazırkı sorğularda Respublikaçı Donald Tramp demokrat Co Baydeni cüzi fərqlə qabaqlayır.
Noyabrda ABŞ-da keçiriləcək 60-cı prezident seçkiləri yaxınlaşdıqca həftəlik yenilənən sorğular ictimai rəyin nəbzini saxlamaqdadır.
Reuters və Ipsos-un birgə keçirdiyi son sorğuda 2020-ci ildə Baydenə uduzan Tramp rəqibini 2 xal qabaqlayıb.
Sorğuya görə, Respublikaçı Trampa səs verəcəyini deyən seçicilərin nisbəti 41 faizə çatıb, demokrat Baydenə üstünlük verəcəyini deyən seçicilərin nisbəti isə 39 faizdə qalıb.
Sorğuda iştirak edənlərin 20 faizi qərarsız olduqlarını və ya səsvermədə iştirak etməyi planlaşdırmadıqlarını bildiriblər.
Digər tərəfdən ölkə daxilində seçki anketlərini tərtib edən Real Clear Politics (RCP) tərəfindən dərc edilən milli sorğularda Tramp kiçik fərqlə də olsa Baydeni qabaqlayır.
RCP-də keçirilən son 9 ümummilli sorğunun orta göstəricisinə görə, Tramp səslərin 45,2 faizini, Bayden isə 44,8 faizində qalıb.