Meksikada avtobusun qəzaya uğraması nəticəsində 20-dən çox adam ölüb


Meksikanın mərkəzindəki Zakatakas ştatında avtobusun magistral yolda toqquşması nəticəsində azı 24 nəfər ölüb.


"Reuters"in yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb. Qəza səhər saatlarında sərnişinləri daşıyan avtobusun qarğıdalı daşıyan traktorun qoşqusu ilə toqquşması nəticəsində baş verib.

Zakatakas əyalətinin qubernatoru David Monreal sosial mediada paylaşdığı bir yazıda itkiləri təsdiqləyərək zərərçəkənlərə dəstək vəd edib.

Yerli hökumət rəsmisi "Reuters"ə bildirib ki, dərəyə düşən bəzi cəsədləri çıxarmaq üçün iş hələ də davam edir. Ölənlər arasında miqrantların olub-olmadığı hələlik məlum deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu