İranda pakistanlıları daşıyan avtobusun aşması nəticəsində 28 nəfər ölüb


İraqın Kərbəla şəhərində Ərbəin mərasimlərində iştirak etmək üçün İran üzərindən İraqa gedən pakistanlıları daşıyan avtobusun aşması nəticəsində 28 nəfər ölüb, 14-ü ağır olmaqla 23 nəfər yaralanıb.



İran dövlət televiziyasının məlumatına görə, Yəzd əyalətinin Dehşir-Teft magistralında pakistanlıları daşıyan avtobus aşıb.

Qəza nəticəsində 28 pakistanlı həyatını itirib, 14-ü ağır olmaqla 23 nəfər yaralanıb.

Yəzd vilayətinin yol polisinin rəisi polkovnik Hacı Dehabadi bildirib ki, ekspertlərin ilkin araşdırmalarına görə, qəzaya avtomobilin əyləc sistemindəki nasazlıq səbəb olub.

Bildirilib ki, avtobusda olan 51 pakistanlı İraqın Kərbəla şəhərində keçirilən Ərbəin mərasimlərində iştirak etmək üçün İrana daxil olub.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu