Fransa hökuməti Notr-Dam Katedralına girişi ödənişli etmək istəyir


Fransada hökumət ölkənin aparıcı tarixi və turistik yerlərindən biri olan Notr Dam Katedralını ziyarət edən turistlərdən giriş haqqı almaq istədiyini açıqlayıb.



Fransanın mədəniyyət naziri Raşida Dati “Le Figaro” nəşrinə müsahibəsində Avropanın hər yerində aparıcı dini məkanlara girişin pullu olduğunu bildirib.

Paris Baş Yepiskopluğuna ölkənin əhəmiyyətli tarixi binalarından biri olan Notr-Dam Katedralına turist ziyarətləri üçün simvolik ödəniş tətbiq edilməsini təklif etdiyini bildirən Dati, əldə edilən gəlirin dini irsin mühafizəsi üçün istifadə edilə biləcəyini söyləyib.

Dati qeyd edib ki, Katedrala turistlərin girişinə 5 avro rüsum tətbiq edilsə, hər il təxminən 75 milyon avro toplana bilər.

Qeyd edək ki, Parisdə tarixi irsin bərpası işləri son mərhələyə çatıb. 2019-cu ildə baş verən yanğınla əlaqədar illərdir təmir işləri aparılan Notr-Dam Katedralının dekabrın 8-də qapılarını ziyarətçilərin üzünə açması planlaşdırılır.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu