2019-cu ildə yanan "Notr Dam" kilsəsi ilin sonunda ziyarətçilərin üzünə açılacaq


2019-cu ildə baş verən yanğınla əlaqədar illərdir bərpa işləri aparılan Fransanın məşhur tarixi yerlərindən biri olan "Notr Dam" Katedralının ilin sonunda qapılarını ziyarətçilərin üzünə açacağı bildirilib.


“France Info”nun məlumatına görə, paytaxt Parisdə 800 illik tarixi irsin bərpası işləri son mərhələyə çatıb.

Katedralın yenidən qurulmasına cavabdeh olan "Rebatir Notre-Dame de Paris" ictimai təşkilatının prezidenti Filippe Jost işlərin tamamlanmasına 11 aydan az vaxt qaldığını bildirib.

Jost "Notre Dame" Katedralinin dekabrın 8-dən etibarən ibadət və ziyarətə açıq olacağını açıqlayıb.

Fransada Xristianlığın simvolu olaraq görülən və təməli 1163-cü ildə dövrün papası tərəfindən qoyulan, tamamlanması 300 il davam edən Katedralda 15 aprel 2019-cu ildə naməlum səbəbdən yanğın baş verib.

Qısa müddətdə alova təslim olan 857 illik tarixi olan kilsənin 96 metr hündürlüyündəki qüllələrindən biri və damı tamamilə uçub, binaya ciddi ziyan dəyib.

Katedralın bərpası üçün dünyanın hər yerindən rekord məbləğdə 844 milyon avro ianə toplanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu