Təbrizin tarixi bazarında yanan və ziyan görən mağazaların sayı 100-ə çatıb- FOTOLAR




Ötən gecə Təbrizin tarixi bazarında baş verən yanğın nəticəsində yanan və ziyan görən mağazaların sayı 100-ə çatıb



SalamNews İRNA-a istinadla xəbər verir ki, bu barədə Təbrizin Tarixi Bazar Kompleksi saytının rəhbəri Hüseyn İsmaili məlumat verib.

Bildirilib ki, ötən gecə bir neçə saatlıq yanğın nəticəsində tarixi bazarda yüz civarında dükan yanıb və ya ziyan görüb.

Mənbə hadisənin səbəbinin hələ də müəyyənləşdirilmədiyini bildirib.

Qeyd edək ki, UNESCO qeydiyyatında olan və dünyanın ən böyük tarixi üstüörtülü bazarı hesab edilən Təbriz bazarı 11 il öncə də yanğına məruz qalmışdı.

İranın Şərqi-Azərbaycan əyalətinin Fövqəladə Hallar İdarəsi hadisənin səbəbinin araşdırıldığını və dəymiş xəsarətlərin açıqlanacağını bəyan edib.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu