KİV: Tramp qalib gələrsə, Aİ Rusiyaya qarşı sanksiyaları gücləndirə bilər


Avropa İttifaqı Respublikaçılar Partiyasının namizədi Donald Trampın ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsi imkanını nəzərdən keçirir.


AFN.az xəbər verir ki, bu barədə “Reuters” məlumatlı mənbəyə istinadən xəbər verib.

Məlumatda bildirilir ki, Avropa rəsmiləri Vaşinqtonun yeni administrasiyanın gəlişi ilə kursu dəyişmək qərarına gəldiyi halda belə, Aİ-nin Rusiyaya qarşı sanksiyalarının uzun müddət qüvvədə qalacağına əmin olmaq istəyirlər. Agentliyin qeyd etdiyi kimi, müzakirə olunan tədbirlər Rusiyanın aktivlərinin dondurulmasına və sanksiyalardan yayınmağa nəzarətə təsir edə bilər.

"Aİ həmçinin Rusiya neftini daşıdığı iddia edilən daha 45 gəmini qara siyahıya salmaq və Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalına məhdudiyyətlər qoymaq niyyətindədir" - deyə nəşrin mənbəsi qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu