Almaniya: BMT əsgərlərinə hücum beynəlxalq humanitar hüququn pozulmasıdır


Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülh Qüvvələrinin (UNIFIL) əsgərlərinə qarşı hər hansı qəsdən hücum beynəlxalq humanitar hüququn pozulmasıdır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib. Annalena Baerbok Livanın paytaxtı Beyruta səfəri zamanı verdiyi açıqlamada İsrailin UNIFIL əsgərlərinə qarşı hücumları ilə bağlı danışıb.

"Münaqişənin siyasi həllini tapmaq üçün onlara ehtiyac var" deyən Baerbok vurğulayıb ki, İsrail əməliyyatlarını özünümüdafiə və beynəlxalq humanitar hüquq çərçivəsində həyata keçirməli və günahsız mülki insanların həyatını qorumalıdır.

Livanda humanitar vəziyyətin hər keçən gün daha da ağırlaşdığına diqqət çəkən XİN rəhbəri bildirib ki, yüz minlərlə insan son əşyalarını götürərək qaçır, uşaqlar valideynlərindən ayrılır, xəstəxanalar imkanları daxilində işləyir, lakin çatdıra bilmir. "Livan dağılmaq ərəfəsindədir" - deyə o, qeyd edib.

Berbok, həm İsrailin, həm də Livanın qanuni təhlükəsizlik maraqlarını qoruyan etibarlı diplomatik həll yolunun ABŞ, onun Avropadakı və ərəb dünyasındakı tərəfdaşları ilə birlikdə işlənilməli olduğunu qeyd edib: "Ölkədə sabitliyin tam pozulması Yaxın Şərqdəki bütün dövlətlərin ən müxtəlif dini icması, eləcə də bütün region üçün ölümcül olardı. Sülhün açarı BMT-nin 1701 saylı qətnaməsinin tam şəkildə həyata keçirilməsindədir. və Livan silahlı qüvvələri də burada əhəmiyyətli rol oynamalıdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu