Almaniyadan İsrailə Rəfah xəbərdarlığı
Almaniyanın xarici işlər naziri Annalena Baerbok Rəfaha hücumla bağlı İsrailə xəbərdarlıq edib.
Almaniyanın Xarici İşlər Naziri Annalena Barbok sosial media platforması X hesabında "Rəfaha hücumla bağlı xəbərdarlıq edirəm. 1 milyon insan buxarlanıb uça bilməz. Onların müdafiəyə ehtiyacı var" - deyə paylaşım edib.
Xarici işlər naziri Qəzzada daha çox humanitar yardıma təcili ehtiyac olduğuna diqqət çəkərək, Rəfah və Kerem Şalom sərhəd qapılarının dərhal açılmalı olduğunu deyib.