Almaniya XİN rəhbərindən sensasiyalı açıqlama
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı keçirilən 4-cü iclasında maraqlı anlar yaşanıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, iclasda iştirak edən Almaniyanın xarici işlər naziri Annalena Baerbok sensasiyalı açıqlama verib. O, iclasda yəhudi soyqırımına görə məsuliyyət daşıyan bir ölkənin xarici işlər naziri olaraq iştirak etdiyini deyib.
"Ona görə də Holokostdan sağ çıxanların nəvələri girov qaldığı müddətdə bizə rahat olmayacaq" - deyə Baerbok qeyd edib.