NATO İŞİD-ə qarşı mübarizə üçün Afrika və Asiyada fəallığı artırır


Şimali Atlantika Alyansı Qərbi Afrika və Mərkəzi Asiyada fəaliyyətini artırmaq niyyətindədir.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ müdafiə naziri Lloyd Ostin bildirib. Onun sözlərinə görə, bu, İslam Dövləti qruplaşmasına qarşı mübarizə üçün lazımdır.

"Bugünkü görüşdə (Brüsseldə NATO müdafiə nazirlərinin toplantısı - red.) Qərbi Afrika və Mərkəzi Asiya üzrə müzakirələrimiz İŞİD-in əsas qollarına qarşı mübarizə səylərimizi genişləndirməyə yönəldiləcək".

Ostin qeyd edib ki, NATO Yaxın Şərqdə terror qruplaşması ilə mübarizəni davam etdirəcək. “NATO-nun İŞİD harada görünməsindən asılı olmayaraq, onunla mübarizə aparmaq imkanları və qlobal varlığı var”, - deyə Pentaqon rəhbəri bildirib.

ABŞ-ın Afrika Komandanlığının rəhbəri general Maykl Lenqli bir neçə il ərzində Somalidə İŞİD tərəfdarlarının sayının iki dəfə artdığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu