Taliban Əfqanıstanda İŞİD mərkəzlərinin olmadığını açıqlayıb
Əfqanıstan ərazisində “İslam Dövləti” terror qruplaşmasının heç bir mərkəzi yoxdur, yaraqlılar öz xarici mərkəzlərindən istifadə edərək ölkəyə xaricdən nüfuz edilir.
AFN.az xəbər verir ki, bunu Əfqanıstanın radikal Taliban hərəkatının yaratdığı müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Möttəki deyib.
“İslam Dövləti terror qruplaşmasına gəlincə, bu qrupun Əfqanıstan ərazisində heç bir dayağı yoxdur, İŞİD xaricdən ölkəyə daxil olur, onun xarici mərkəzlərindən və istehkamlarından istifadə edir”, - deyə o, bildirib.
“Bölgə ölkələri ilə təmasda biz bunu hər cür vurğulayırıq və yardıma çağırırıq, əgər İD kimi bu cür qruplar Əfqanıstana təhlükə törədirsə, biz onlarla birlikdə mübarizə apara bilərik”, - deyə diplomat əlavə edib.