Rusiya: Talibanla tam hüquqlu əlaqələr qurmağa yaxınıq


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Əfqanıstanda Talibanla tam hüquqlu əlaqələr qurmağa yaxın olduqlarını bildirib.


Medvedev Rusiyanın Tass xəbər agentliyinə Əfqanıstanla bağlı açıqlamalar verib.

Talibanın Rusiyada qadağan olunmuş terror təşkilatları siyahısından çıxarılmasının mümkünlüyünü qiymətləndirən Medvedev "21-ci əsrin əvvəllərində biz Talibanı terrorçu, amerikalıları isə ekstremizmə qarşı mübarizədə tərəfdaş kimi görürdük. İndi vəziyyət fərqlidir. İndi Taliban yenidən hakimiyyətdədir və biz tam hüquqlu münasibətlər qurmağa çox yaxınıq" vurğulayıb.

Taliban 2003-cü ildə Rusiya Ali Məhkəməsinin qərarı ilə terror təşkilatları siyahısına daxil edilib.

Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov dünən bildirib ki, Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi Kremlə Taliban hərəkatının terror təşkilatları siyahısından çıxarılmasını təklif edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bəyan edib ki, Taliban Əfqanıstanda əsl gücdür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu