Mövlud Çavuşoğlu: "Rusiya və terror qruplaşmaları NATO üçün təhdiddir"
“Bir terror təşkilatı ilə mübarizə aparmaq üçün başqa terror mənbəyi ilə əməkdaşlıq etmək doğru deyil”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 20-də Ankarada ABŞ-ın dövlət katibi Antoni Blinkenlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu gün NATO üçün iki təhdid var: “Bunlardan birincisi Rusiya, ikincisi terrordur. Ona görə də biz PKK ilə mübarizə üçün İŞİD-lə əməkdaşlıq etmirik. Terrorçuların hansı ideologiyaya xidmət etməsinin bizim üçün fərqi yoxdu”.
M.Çavuşoğlu xatırladıb ki, terrorçulara qarşı birgə mübarizə aparılmalıdır. (“Report”)