Livandan dəniz yolu ilə çıxmaq istəyərkən boğulma təhlükəsi ilə üzləşən 99 nəfər xilas edilib


Livandan dəniz yolu ilə çıxmaq istəyərkən boğulma təhlükəsi ilə üzləşən 99 nəfər xilas edilib.



Livan ordusundan verilən açıqlamada 2 qayıqla Livanın şimalından qeyri-qanuni yollarla Kipr adasına keçməyə çalışan şəxslərin aşkar edildiyi bildirilib.

İsrailin hücumlarına məruz qalan Livanı qeyri-qanuni yollarla dəniz yolu ilə tərk etməyə çalışan 99 nəfərin xilas edildiyi açıqlanıb.

Açıqlamada Livan ordusu ünsürlərinin dənizə çıxdıqdan sonra qayıqları batan 98 suriyalı və 1 livanlı olmaqla cəmi 99 nəfəri xilas etdiyi qeyd edilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu