Mərakeş sahillərində 91 qeyri-qanuni miqrant xilas edilib
Mərakeşin cənubundakı Dahla şəhəri sahillərində 91 qeyri-qanuni immiqrantın xilas edildiyi açıqlanıb.
Mərakeş Kral Silahlı Qüvvələrindən verilən açıqlamada Qərbi Sahara bölgəsindəki Dahla sahillərində bir qayığın xilas edildiyi bildirilib.
Açıqlamada qayıqda 91 qeyri-qanuni immiqrantın olduğu və bu şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra qanuni prosedurlar üçün təhlükəsizlik qüvvələrinə təhvil verildiyi bildirilib.