NATO Rusiya və Çin arasında əməkdaşlığı araşdırır
NATO üzvləri Rusiya və Çin arasındakı əməkdaşlığı və bunun Şimali Atlantika Alyansı üçün nəticələrini diqqətlə öyrənirlər.
AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Kosmik Qüvvələrinin general-mayoru Devin Pepper bildirib.
“Son aylarda bu əməkdaşlıq o qədər güclənib ki, bəziləri əslində ittifaqda olduqlarını deyirlər”, - deyə zabit bildirib.
Pepperin sözlərinə görə, NATO komandanlığı araşdırmaya başlayıb və araşdırma obyekti Moskva və Pekin arasında əməkdaşlığın Qərb üçün potensial nəticələri olacaq. "Onlar bir-birinə dəstək verirlər və biz görürük ki, bu əlaqələr inkişaf edir", - deyə hərbçi vurğulayıb.