"Milton" qasırğası Florida ştatındakı Tampa körfəzini "qurudub"


“The New York Times” xəbər verir ki, çərşənbə günü Florida ştatını vuran “Milton” qasırğası ştatın mərkəzi hissəsində yerləşən Tampa körfəzində suyun səviyyəsinin müvəqqəti azalmasına səbəb olub.


Nəşrin məlumatına görə, qasırğanın episentri Florida sahillərinə çatmazdan əvvəl Tampa körfəzində suyun səviyyəsi bir müddət normal səviyyədən 1 m aşağı düşüb. Bu tərs dalğa onunla bağlıdır ki, Miltondan gələn güclü küləyin əslində bir müddət körfəzdən suyu uçuraraq dibini açıb.

Qəzetin qeyd etdiyi kimi, oxşar hadisə 2022-ci ildə İan və 2017-ci ildə İrma qasırğaları zamanı da qeydə alınıb. Nəşr qeyd edir ki, belə qeyri-adi hadisə sakinlərin diqqətini cəlb edə bilər, lakin səlahiyyətlilər sahilə yaxınlaşmamağa çağırır, çünki suyun səviyyəsinin azalması öz yerini qəfil daşqınlara verə bilər.

Tampa meri Ceyn Kastor NBC-yə deyib ki, şəhər ciddi ziyan görüb, lakin gözlənilən fırtına dalğasını yaşamadı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu