Bin Ladenin oğlunun Fransaya girişi qadağan edildi
“Əl-Qaidə” terror təşkilatının öldürülən lideri Üsamə Bin Ladenin böyük oğlu Ömər Bin Ladenin Fransaya girişinə qadağa qoyulduğu açıqlanıb.
Bu barədə Fransanın daxili işlər naziri Bruno Retelo X hesabında paylaşım edib.
Nazir Retelo xatırladıb ki, uzun illərdir İngiltərə vətəndaşı həyat yoldaşı ilə Normandiya bölgəsinin Orne əyalətində yaşayan Ömər Bin Laden 2023-cü ildə sosial media hesablarında terror təbliğatı aparıb və bu paylaşımlar nəticəsində Orne Qubernatorluğu Bin Ladeni ölkəni tərk etməyə məcbur edib.
Retelo milli təhlükəsizlik üçün qəbul edilən bu qərarın qanuniliyinin Fransa məhkəməsi tərəfindən təsdiqləndiyini və oğul Bin Ladenin müxtəlif səbəblərdən Fransaya girişinin qarşısının alındığını qeyd edib.
Mənbə: AA