Ermənistanın xarici işlər naziri Fransaya gedir


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransaya işgüzar səfərə gedəcək.



AFN “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, Parisdə Fransanın xarici işlər naziri Katrin Kolonna və başqa rəsmilərlə görüşəcək.

Bundan başqa, A.Mirzoyan 5-ci Paris Sülh Forumunda da iştirak edəcək.

Qeyd edək ki, forum noyabrın 11-12-də Fransa paytaxtında keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu