Ermənistan XİN başçısı Fransaya səfər edəcək
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu gün Fransaya səfər edəcək.
AFN.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə XİN sözçüsü Vaan Unanyan rəsmi feysbuk səhifəsində yazıb.
A.Mirzoyan Parisdə keçiriləcək 40-cı Frankofoniya Nazirlər Konfransında iştirak edəcək.
Qeyd edək ki, martın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyan da Fransada rəsmi səfərdə olub.