Rusiyada 72 yaşlı ABŞ vətəndaşı muzdlu döyüşçü həbs edilib


Rusiyada 72 yaşlı ABŞ vətəndaşı Ukrayna ordusunda muzdlu döyüşçü kimi münaqişələrdə iştirak etdiyi üçün 6 il 10 ay həbs cəzasına məhkum edilib.



Moskva Şəhər Məhkəməsinin sosial media hesabından verilən açıqlamaya görə, Ukrayna Silahlı Qüvvələrində muzdlu döyüşçü kimi işləməkdə təqsirləndirilən ABŞ vətəndaşı Stiven Habbard 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Cinayətini etiraf edən Habbarddan 330 min rubl (təxminən 3 min 600 dollar) pulun müsadirə edilməsinə qərar verilib.

ABŞ-ın Miçiqan ştatında anadan olan 72 yaşlı Habbard 2014-cü ildə Ukraynanın Xarkov vilayətinə gəlib. Rusiyanın 2022-ci ildə başlatdığı müharibə zamanı Xarkov vilayətinin İzyum şəhərində Ukrayna ordusu sıralarına muzdlu əsgər kimi daxil olan Habbard ayda 1000 dollar qazanıb. Habbard 2022-ci ilin aprelində münaqişə zonasında rus əsgərləri tərəfindən əsir götürülüb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ABŞ-dan Ukraynaya 1113 muzdlu döyüşçünün gəldiyi məlum olub.

Digər tərəfdən Voronej şəhərində məhkəmə 2022-ci ildə polisə hücum etdiyi üçün 4 il 6 ay həbs cəzası alan Robert Gilman adlı ABŞ vətəndaşını həbsxana işçilərinə hücum etdiyi üçün yenidən 7 il 1 ay həbs cəzasına məhkum edib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu