Zelenski işğaldan azad olunmuş İzyum şəhərinə səfər edib


Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Xarkov vilayətinin işğaldan yenicə azad olunmuş İzyum şəhərinə işgüzar səfərə gedib.



AFN Ukrayna KİV-ə istinadən xəbər verir ki, dövlət başçısını müdafiə nazirinin müavini Anna Malyar müşayiət edib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin İzyum şəhəri sentyabrın 11-də işğaldan azad edib. Şəhər aprelin 1-dən Rusiya qüvvələrinin nəzarəti altında idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu