Qayday açıqladı: "İşğalçılar qaçır, yollarda 12 km-lik növbə yaranıb"


"Rus hərbçiləri və onlarla əlbir olanlar Luqanska və Rusiyaya doğru qaçırlar. Luqansk stansiyasındakı keçid məntəqəsində 12 kilometr uzunluğunda növbə yaranıb".


Bu barədə Ukraynanın Luqansk vilayətinin qubernatoru Sergey Qayday yazıb.

"Biz magistral yollarda sıradan çıxan çoxlu texnikanı müşahidə edirik. Onlar çox güman ki, İzyum istiqamətindən harasa çəkilirlər. Partizan hərəkatı daha da aktivləşib, çünki həm Kremennaya, həm də Starobelsk rayonunda inzibati binaların üzərində Ukrayna bayraqları qaldırılıb. Bu o deməkdir ki, ya işğalçılar gedib, ya da onlarla əməkdaşlıq edənlər qorxuya düşüblər" - deyə qubernator qeyd edib.

Qaydayın sözlərinə görə, Ukrayna silahlı qüvvələri İzyum və Limanı geri almaq, daha sonra isə Luqansk vilayətinin işğaldan azad edilməsi uğrunda əməliyyat aparır.

Xatırladaq ki, Sergey Qayday daha öncə Ukrayna hərbçilərinin artıq Lisiçanskın kənarında olduğunu bildirmişdi.

Musavat.com



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu