Ukrayna hərbçiləri Luqanskın daha bir yaşayış məntəqəsini azad edib
Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin Beloqorovka şəhər tipli qəsəbəsini Rusiya hərbçilərindən azad edib.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Luqansk Hərbi Administrasiyasının başçısı Sergey Qayday məlumat verib.
Onun sözlərinə görə, Beloqorovka sentyabrın 19-da tamamilə təmizlənərək Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə verilib.
Qeyd edək ki, bu yaşayış məntəqəsi Luqansk vilayətinin Severodonetsk şəhərinə aid şəhər tipli qəsəbədir və bu ilin iyulunda Rusiya hərbçiləri tərəfindən tutulmuşdu.