Yaponiya Rusiya hərbi təyyarələrinin hava sərhədlərini pozduğunu açıqlayıb
Yaponiya hökuməti Rusiya hərbi təyyarələrinın Hokkaydo adasının şimalında Yaponiyanın hava sərhədlərini pozduğunu açıqlayıb.
AFN.az xəbər verir ki, bu barədə bəyanatı jurnalistlərə hazırda ABŞ-da səfərdə olan baş nazir Fumio Kişidanı əvəz edən Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi deyib.
“Ölkəmizin hava məkanına üç dəfə müdaxilə aşkarlanıb, bununla əlaqədar Özünümüdafiə Qüvvələrinin döyüş təyyarələri havaya qaldırılıb” - deyə o, bildirib. Nazirlər Kabinetinin baş katibi bildirib ki, Yaponiya Rusiya tərəfinə insidentlə bağlı qəti etirazını bildirəcək.