Rusiya helikopteri Yaponiyanın hava məkanını pozdu


Rusiya helikopteri Yaponiyanın şimalındakı Hokkaydo adasının sahillərində milli hava məkanını pozub.



Yaponiya Müdafiə Nazirliyinin bəyanatına görə, Rusiya helikopteri Hokkaydonun şərqindəki Nemuro yarımadası yaxınlığında Yaponiyanın milli hava məkanına daxil olub.

Hava məkanının pozulmasından sonra Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus döyüş təyyarələri ələ keçirmə uçuşu həyata keçirib.

Yaponiya hökuməti hava məkanının pozulması ilə bağlı diplomatik kanallar vasitəsilə Moskva administrasiyasına etiraz notası göndərib.

Sonuncu dəfə analoji hava məkanı pozuntusu 2022-ci ilin martında, Rusiyanın Ukraynaya hücumları başladıqdan sonra baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu