İtaliyada 1570 nəfər Katolik Kilsəsi rəsmiləri tərəfindən zorakılığa məruz qalıb


İtaliyada Zorakılıq Qurbanları Şəbəkəsinin (Rete l'Abuso) hazırladığı hesabatda son 15 ildə katolik ruhaniləri və ya Katolik Kilsəsində çalışanlar tərəfindən zorakılığa məruz qalanların sayının 1570 nəfərə çatdığı açıqlanıb.



İstismar Qurbanları Şəbəkəsinin hazırladığı və təfərrüatları bu gün keçirilən mətbuat konfransında paylaşılan hesabata görə, İtaliyada son 15 ildə 192 qadın və 1378 kişi olmaqla cəmi 1570 adam ruhanilər və ya Katolik Kilsəsi işçiləri tərəfindən cinsi istismara məruz qalıb.

Hesabatda zorakılıq edənlər arasında 330 keşiş, 1 rahibə və 29 kilsə məmurunun olduğu bildirilib.

İstismar Qurbanları Şəbəkəsi Assosiasiyası sözügedən rəqəmlərin ictimaiyyətə açıq olan sənədlərə əsaslandığını bildirib.

Hesabatın təqdimatında etdiyi şərhdə Zorakılıq Qurbanları Şəbəkəsinin prezidenti Françesko Zanardi İtaliya Yepiskoplar Konfransı (CEI) tərəfindən elan edilmiş daha 956 qurbanın bu hesabatda birliyi tərəfindən qeyd olunan rəqəmlərə əlavə edilməli olduğunu söyləyib.

Zanardi bildirib ki, vəziyyət həm rəqəmlərin çox olması, həm də yeni qurbanların baş verməsinin qarşısının alınmasının mümkünsüzlüyü səbəbindən narahatlıq doğurur.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu