Baltimor katolik kilsəsində 156 keşiş 600-dən çox insana təcavüz edib
ABŞ-ın Merilend Baş Prokurorluğu Baltimor Baş Yeparxiyasının katolik kilsəsində 156 keşişin son 80 ildə 600-dən çox insana cinsi istismar və fiziki işgəncələr verdiyini açıqlayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Baş Prokurorluq 2019-cu ildə Baltimor Baş Yeparxiyasında uşaqlara qarşı cinsi zorakılığa dair araşdırmaya dair hesabatını açıqlayıb. 456 səhifəlik “Merilend ştatında ruhanilərin sui-istifadəsi” başlıqlı hesabatda bir çoxu əvvəllər tanınan 156 keşiş son 80 ildə 600-dən çox insana cinsi təcavüz və fiziki işgəncə verməkdə günahlandırılıb. Hesabatda kahinlər arasında "geniş yayılmış cinsi zorakılıq" və Baltimor Baş Yeparxiyasının onlara qarşı "səssiz şərikliyi" təfərrüatlı şəkildə göstərilib.
Dövlət ittihamçısı Entoni Braun hesabatın açıqlandığı mətbuat konfransında deyib ki, təhqiqat başlayandan indiyədək onlarla 300-dən çox insan əlaqə saxlayıb, hesabat üçün yüzlərlə insanla müsahibə aparılıb, 1940-cı illərə aid yüz minlərlə sənəd araşdırılıb.
Hesabatda adı çəkilən keşişlərin və kilsə liderlərinin çoxunun həyatda olmadığını qeyd edən Braun, "Sağ qalan qurbanlar üçün ədalətin təmin edildiyini görmək çox gec olsa da, baş yeparxiyanın pozuntularını mümkün qədər ifşa etmək bəzi şeylərə səbəb olacaq" - deyə bildirib.
Baltimor arxiyepiskopu Uilyam Lori verdiyi yazılı açıqlamada hesabatın günahsız uşaqlara edilən böyük zərər olduğunu bildirib: "Sui-istifadənin təfərrüatları şokedicidir və ürək ağrıdır".
Sui-istifadələrin düzgünlüyünü etiraf edərək üzr istəyən və bununla bağlı təkmilləşdirmələr üçün dəstək vəd edən Lori qeyd edib ki, arxeparxiya bu kontekstdəki öhdəlikləri çərçivəsində dəyişməyə və irəliləməyə davam edir.
Merilend Baş Prokurorluğu istintaqdakı sənədlərin əksəriyyətinin böyük münsiflər heyəti vasitəsilə əldə edildiyi üçün hazırlanan hesabatın dərcindən ötrü fevralda məhkəməyə müraciət edib və Baltimor Şəhər Məhkəməsi dünən hesabatın bəzi hissələrinin ictimailəşdirilə biləcəyinə qərar verib.