Alp dağlarında 89 yaşlı qadın 5 gün sağ qalmaq üçün mübarizə aparıb


İtaliyada Alp dağlarında göbələk yığarkən itən 89 yaşlı Cüzepina Bardelliyə sağ tapılıb. 5 gün dağda sağ qalmaq üçün mübarizə aparan yaşlı qadının necə sağ qaldığını oğlu açıqlayıb.



Avropanın ən hündür nöqtəsi kimi tanınan İtaliyada Alp dağlarında azmış 89 yaşlı Cüzepina Bardelli oğlu ilə göbələk yığarkən başqa istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Göbələk yığan zaman fikrini itirən yaşlı qadın 20 metr hündürlükdən yıxılaraq 2 qabırğası sınıb.

Təcili xidmət qrupları, axtarış-xilasetmə helikopterləri və pilotsuz uçuş aparatları vasitəsilə axtarışa verilən qadın 5 gündən sonra tapılıb. Bardelli tapılarkən yıxılaraq qırılan qabırğasının ağciyərini deşdiyi öyrənilib.

Bardellinin oğlu Roberto anasının gölməçələrdə tapdığı yağış suyunu içdiyini, yaşlı qadının gecələr ağacın altında yataraq üstünə ot örtdüyünü, hətta tülkü ilə dostluq etdiyini deyib.

Anasını tapdıqda göz yaşlarını saxlaya bilmədiklərini deyən Roberto xəstəxanaya aparılan qadının vəziyyətinin yaxşı olduğunu bildirib.

Axtarış-xilasetmə qrupundan olan yanğınsöndürən Silvio Rizzelli yaşlı qadının otla örtülmüş çuxurda tapıldığını bildirib.

Rizzelli "Biz Xanım Bardellini tapanda o, yorğun, lakin huşu özündə idi. Bu yaşda olan insanın müqavimət göstərə bilməsi təəccüblüdür" deyib.

Mənbə: Daily Mail



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu