Yük maşını bara girdi: 11 nəfər öldü, 40 yaralandı


Dominikan Respublikasında səhər saatlarında yük maşınının bara girməsi nəticəsində azı 11 nəfər ölüb, 40-dan çox insan yaralanıb.



"Associated Press"in məlumatına görə, qəza paytaxt Santo Dominqonun qərbində yerləşən Azua şəhərinin cənub icmasında baş verib. Polis sözçüsü Dieqo Pesqueira qurbanlardan birinin polis rəisi olduğunu bildirib.

Pesqueira bildirib ki, yük maşını sürücüsü hadisə yerindən qaçıb və onu tapmaq mümkün olmayıb. Onun sözlərinə görə, polis avokado daşıyan yük maşınında olan sərnişini həbs edib.

Səlahiyyətlilər ərazidəki kameraları araşdırsalar da, yük maşınının qəsdən, yoxsa təsadüfən bara gordiyini müəyyən edə bilməyiblər. Milli Səhiyyə Xidmətinin sözçüsü Saira Castillo, yaralıların əksəriyyətinin yaxınlıqdakı xəstəxanaya aparıldığını, onlardan dördünün vəziyyətinin ağır olduğunu söyləyib. Xəsarət alanlar 17-45 yaş arası qadınlar, 18-55 yaş arası kişilərdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu